Milli Söz Media

Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmasından vəfat edib

1 dəq oxuma
2 Baxış
Paylaş:
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmasından vəfat edib

 Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun nəvəsi Müşfiq Fəttayev qəfil ürəktutması nəticəsində dünyasını dəyişib.

18 yaşlı Müşfiq Fəttayev bu gün saat 20:00 radələrində avtomobildə olarkən özünü pis hiss edib və ailə üzvləri tərəfindən dərhal Sumqayıtda xəstəxanaya çatdırılıb.

Həkimlərin bütün səylərinə baxmayaraq, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan gəncin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Mirmahmud Mirəlioğlunun ailəsində daha əvvəl də bənzər faciələr yaşanıb; partiya sədrinin oğlu Mircəlil 2009-cu ildə, qızı Mahirə isə 2012-ci ildə ürəktutmasından vəfat etmişdilər.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!