Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana daşınır
Rusiyanın Volqoqrad vilayətindəki Qmelinskaya stansiyasından Ermənistana növbəti taxıl partiyasının göndərilməsinə başlanılıb. Bu yük Azərbaycan ərazisindən tranzit keçməklə təyinat nöqtəsinə çatdırılır.
Volqa Bölgəsi Dəmir Yolunun məlumatına görə, 8 vaqondan ibarət ilk partiya artıq yola salınıb. 2025-ci ilin sonuna qədər bu marşrutla ümumilikdə 2000 tondan çox (təxminən 30 vaqon) taxılın daşınması planlaşdırılır.
Yüklər Rusiya-Azərbaycan sərhədindən (Yalama) daxil olaraq ölkə ərazisindən keçir, oradan Gürcüstana, daha sonra isə Ermənistana daxil olur. Xatırladaq ki, bu, Prezident İlham Əliyevin oktyabr ayında Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını elan etməsindən sonra mümkün olub.
Bu addım regionda nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin normallaşması prosesinin tərkib hissəsi kimi qiymətləndirilir. Daha əvvəl oxşar qayda ilə Qazaxıstan taxılı da Azərbaycan üzərindən Ermənistana çatdırılmışdı.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!