Suad Məhsəti filminə görə xalqdan üzr istəyib
1 dəq oxuma
4 Baxış
Rejissor Suad çəkdiyi qısametrajlı filmlə bağlı yaranan narazılıqlara görə Azərbaycan xalqından və mədəniyyət camiəsindən üzr istədiyini açıqlayıb.
O, Azərbaycan vətəndaşı olaraq milli dəyərlərə hər zaman böyük hörmətlə yanaşdığını və son paylaşımının heç vaxt tənqid məqsədi daşımadığını vurğulayıb.
Rejissor qeyd edib ki, ifadə etdiyi sözlər sadəcə emosional və şəxsi düşüncə olsa da, niyyətindən fərqli şəkildə başa düşüldüyü üçün dərin təəssüf hissi keçirir.
Suad incimiş ola biləcək hər kəsdən üzr istəyərək, ölkəsinə və xalqına olan bağlılığının sarsılmaz olduğunu bir daha bəyan edib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!