Tramp İrana qarşı mərhələli hərbi variantı nəzərdən keçirir — The New York Times
Tramp İrana qarşı mərhələli hərbi variantı nəzərdən keçirir — The New York Times
The New York Times nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp yaxın günlərdə İrana qarşı məhdud zərbə endirmək ehtimalını dəyərləndirir.
Bildirilir ki, Tramp müşavirlərinə deyib: əgər cümə axşamı Cenevrədə keçiriləcək danışıqlar və ya ilkin məhdud zərbə İranın nüvə proqramından imtinasına gətirib çıxarmasa, yaxın aylarda daha genişmiqyaslı əməliyyat variantı nəzərdən keçirilə bilər.
Məlumata görə, mümkün hədəflər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahı, İranın nüvə obyektləri və ballistik raket proqramı yer alır.
Eyni zamanda vurğulanır ki, hərbi addımlarla bağlı hələlik yekun qərar qəbul edilməyib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!