Türkiyədə Rusiya istehsalı Orlan-10 PUA-sı tapılıb
Türkiyənin Kocaeli vilayətinin Kandıra və İzmit rayonları arasındakı Çubuklubala kəndi yaxınlığında Rusiya istehsalı olan "Orlan" seriyalı pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.
PUA-nın gövdəsində, qanadlarında və quyruq hissəsində Rusiya Silahlı Qüvvələrinin rəsmi emblemləri (nişanları) açıq şəkildə görünür.
"Orlan-10" tipli bu aparatlar əsasən kəşfiyyat və müşahidə məqsədilə istifadə olunur və üzərində hər hansı partlayıcı yük daşımır.
Bu hadisədən bir neçə gün əvvəl, 15 dekabr 2025-ci il tarixində, Türkiyə hava sahasını pozan naməlum bir PUA Qara dəniz üzərində Türk F-16-ları tərəfindən düşürülmüşdü.
PUA-nın texniki nasazlıq və ya idarəetmənin itirilməsi nəticəsində əraziyə düşdüyü ehtimal edilir.
Bənzər hadisə 2022-ci ildə Gümüşhanədə də baş vermişdi; həmin vaxt mantar toplayan sakinlər meşəlik ərazidə qəzaya uğramış eyni modelli Rusiya PUA-sını tapmışdılar.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!