Milli Söz Media

Ağdərənin Vəngli kəndinə növbəti köç karvanı yola salınıb

1 dəq oxuma
15 Baxış
Paylaş:
 Ağdərənin Vəngli kəndinə növbəti köç karvanı yola salınıb

 "Böyük Qayıdış" proqramı çərçivəsində Ağdərə rayonunun Vəngli kəndinə daha 10 ailə (44 nəfər) daimi məskunlaşmaq üçün yola salınıb.

 Doğma yurduna qayıdan ailələr indiyədək ölkənin müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlarımızdır.

Bu köç mərhələsi ilə Vəngli kəndində daimi məskunlaşan ailələrin ümumi sayı 137-yə, sakinlərin sayı isə 532 nəfərə çatır.

Qayıdan sakinlər üçün kənddə müasir infrastruktur qurulub, bütün zəruri məişət şəraiti təmin edilib və məşğulluq məsələləri diqqət mərkəzində saxlanılıb.

 İşğaldan azad edilmiş ərazilərə əhalinin köçürülməsi prosesi planlı şəkildə davam etdirilir və bu, regionun sosial-iqtisadi canlanmasına mühüm töhfə verir.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!