Almaniya müdafiə naziri Trampdan üzr istəməyi tələb edib
1 dəq oxuma
66 Baxış
Almaniyanın müdafiə naziri Donald Trampdan Əfqanıstanda həlak olmuş alman əsgərlərinin ailələrindən üzr istəməsini tələb edib.
Nazir bu tələbi Trampın daha əvvəl səsləndirdiyi fikirlərə cavab olaraq irəli sürüb.
Qeyd edək ki, Tramp açıqlamalarının birində Əfqanıstan müharibəsinin əsas yükünü ABŞ hərbçilərinin daşıdığını, digər NATO ölkələrinin əsgərlərinin isə guya “cəbhə xəttindən kənarda qaldığını” bildirmişdi.
Almaniya tərəfi bu fikirləri ədalətsiz və hörmətsiz hesab edir və NATO çərçivəsində xidmət zamanı həyatını itirmiş alman əsgərlərinin xatirəsinə qarşı sayğısızlıq kimi qiymətləndirir.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!