Milli Söz Media

S-500 Prometey-in ilk HHM diviziyası döyüş növbətçiliyinə başlayıb

1 dəq oxuma
3 Baxış
Paylaş:
S-500 Prometey-in ilk HHM diviziyası döyüş növbətçiliyinə başlayıb

Rusiyanın ən müasir zenit-raket kompleksi olan S-500 "Prometey"-in ilk formalaşdırılmış Hava Hücumundan Müdafiə və Radioelektron Mübarizə (HHM/REM) diviziyası rəsmən fəaliyyətə başlayıb.

Xatırladaq ki, bir il əvvəl – 2024-cü ilin dekabrında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov S-500 sistemləri ilə təchiz olunmuş ilk alayın formalaşdırılmasının başa çatdığını bəyan etmişdi.

Hərbi ekspertlərin ehtimalına görə, sözügedən diviziya Krımın müdafiəsi üçün yerləşdirilə bilər; çünki sistemin tərkibinə daxil olan "Yenisey" RLS (Radiolokasiya stansiyası) artıq yarımada ərazisində Ukrayna kamikadze dronlarının hədəfinə çevrilib.

S-500 sistemi təkcə təyyarə və dronları deyil, həm də yaxın kosmosdakı hədəfləri və ballistik raketləri məhv etmək qabiliyyətinə malikdir ki, bu da onu dünyanın ən güclü müdafiə sistemlərindən biri edir.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!