Milli Söz Media

Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyanın vəziyyəti pisləşib

1 dəq oxuma
1 Baxış
Paylaş:
 Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyanın vəziyyəti pisləşib

 Meşəli qətliamında günahlandırılaraq Bakıda həbs cəzası çəkən Vaqif Xaçaturyan səhhətində yaranan ciddi problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

 Məlumata görə, 69 yaşlı Xaçaturyanda kəskin təngnəfəslik və ürək nahiyəsində şiddətli ağrılar yaranıb. Həkimlərin ilkin müayinəsindən sonra onun vəziyyəti ağır qiymətləndirilib və o, stasionar nəzarətə götürülüb.

Qeyd edək ki, Vaqif Xaçaturyan 2023-cü ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılmışdı. O, 1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində törədilən soyqırımı və deportasiya cinayətlərində iştirakda ittiham olunaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!