Azərbaycanda əhalinin gəlirləri yanvarda artıb – DSK
Azərbaycanda əhalinin gəlirləri yanvarda artıb – DSK
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2026-cı ilin yanvarında əhalinin nominal gəlirləri illik müqayisədə 8.6% artaraq 6 milyard 478,2 milyon manata çatıb.
Hər nəfərə düşən nominal gəlir 8.2% artaraq 631.2 manat olub.
Eyni dövrdə illik inflyasiya 5.7% təşkil edib:
Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları – 7.1%
Qeyri-qida məhsulları – 3.5%
Ödənişli xidmətlər – 5.6%
2026-cı il 1 yanvar vəziyyətinə görə əhalinin banklardakı əmanətləri illik 14.4% artaraq 16 milyard 772.4 milyon manata yüksəlib.
Əhali yanvar ayında 5 milyard 292.5 milyon manatlıq pərakəndə ticarət həyata keçirib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!