Bəzi metro stansiyaları ilə bağlı Yenilik
Metronun "bənövşəyi xətt"ində beşvaqonlu qatarlara keçilir.
Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, "AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC vaqon parkında ehtiyat tədbirləri gücləndirmək və sərnişin tələbatına uyğunlaşdırmaq məqsədilə "Bənövşəyi xət"də beşvaqonlu qatar tərkiblərinə keçid edib.
"Bir müddət öncə "bənövşəyi xət"də intervalın "Avtovağzal-Xocəsən" sahəsində 16 dəqiqədən 10 dəqiqəyə, "Avtovağzal-8 Noyabr" sahəsində isə səkkiz dəqiqədən beş dəqiqəyədək azaldılması nəticəsində qatarların hərəkət intensivliyi artırılıb, sərnişinlərin vaxta qənaət etməsi və ümumi rahatlığın yüksəldilməsi təmin olunub.
Günün müxtəlif vaxtlarında sərnişin tələbatı və axını monitorinq edilib. Aparılan təhlillər göstərib ki, xidmət keyfiyyətinə təsir etmədən bir sıra texniki yeniliklərin tətbiqi mümkündür.
Dəyişiklik vaqon parkında ehtiyat tədbirlərini artırmaqla yanaşı, texniki xidmətin keyfiyyətinin və imkanların genişləndirilməsinə şərait yaradır. Bu, eyni zamanda vaqon parkına baxış, qulluq, xidmət və təmir proseslərinin daha operativ və planlı şəkildə həyata keçirilməsini təmin edəcək.
"Bənövşəyi xət"də monitorinqlər davamlı olaraq aparılacaq. Sərnişin tələbatı artacağı və zərurət yaranacağı təqdirdə stansiya platformalarının texniki imkanlarına uyğun olaraq yeddivaqonlu qatar tərkibləri formalaşdırılması təmin ediləcək", - məlumatda qeyd olunub
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!