Bakı Metropoliteninin yığılmış zərəri 3 milyard manatı keçib
1 dəq oxuma
11 Baxış
“Bakı Metropoliteni” QSC 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb. Hesabata görə, qurumun illik xalis zərəri əvvəlki illə müqayisədə 82,3% artaraq 103,4 milyon manata çatıb.
Bu artımla bərabər, metropolitenin fəaliyyəti dövründə yığılmış ümumi zərəri ilk dəfə olaraq 3 milyard manatlıq psixoloji həddi aşaraq 3 milyard 73,4 milyon manat təşkil edib.
Ötən il ərzində qurumun sərnişindaşımadan əldə etdiyi gəlirlər 11,4% artsa da, xərclərin kəskin çoxalması ümumi maliyyə göstəricilərinə mənfi təsir göstərib. Dövlət büdcəsindən ayrılan subsidiyalar isə zərərin tam bağlanmasına kifayət etməyib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!