Bakıda çarəsiz qalan Şri-Lanka vətəndaşları sığınacağa yerləşdirildilər
1 dəq oxuma
1 Baxış
Bakıya səfər edən Şri-Lanka vətəndaşlarından ibarət ailə, ölkələrində baş verən təbii fəlakət səbəbindən Azərbaycanda çıxılmaz vəziyyətdə qalıb.
Şri-Lankada hökm sürən güclü leysan yağışları və nəticədə yaranan daşqınlar səbəbindən təyyarə reysləri ləğv edilib, bu da ailənin geri dönməsini qeyri-mümkün edib.
Maddi və qida təminatında çətinlik çəkən ailənin xanım üzvü sığınacağa yerləşdirilib, ailə başçısı isə müvəqqəti olaraq oteldə qalır.
Hazırda Beynəlxalq Miqrasiya Təşkilatı (BMQT) ailənin təhlükəsiz şəkildə öz ölkələrinə qayıtması üçün geri dönüş biletlərinin təmin olunması istiqamətində iş aparır.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!