Bakıda nəhəng Dino Park açılır
Yaxın günlərdə Hava Limanı yolu üzərində yerləşən Baku Expo Center-də paytaxtın ən böyük dinozavrlar parkı olan "Dino Park" fəaliyyətə başlayacaq. Parkda nəhəng, real ölçülü və hərəkət edən 20-dən çox dinozavrla yanaşı, interaktiv attraksionlar və üzərində gəzə biləcəyiniz xüsusi "ride-dinozavrlar" yer alacaq. Ərazidəki ən böyük dinozavrın hündürlüyü 9,5 metrdir və bütün attraksionlar bilet qiymətinə daxildir. Ziyarətçilərin rahatlığı üçün "Koroğlu" metrosundan Baku Expo Center-ə üzərində "Dino Park" yazılmış xüsusi pulsuz avtobuslar fəaliyyət göstərəcək. Giriş biletlərinin qiyməti uşaqlar üçün 20 manat, böyüklər üçün isə 15 manat təşkil edir. 3 yaşadək uşaqlar və fiziki qüsurlu şəxslər üçün giriş tamamilə ödənişsizdir.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!