BakuBus avtobuslarında bank kartları ilə ödəniş tam istifadəyə verildi
1 dəq oxuma
1 Baxış
Bu gündən etibarən “BakuBus”a aid bütün avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bank kartları ilə ödəniş mexanizmi tam şəkildə işə salınıb. Sərnişinlər artıq gediş haqqını həm fiziki bank kartları, həm də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız formada ödəyə bilərlər.
Yeni sistem sərnişinlərin rahatlığını artırmaqla yanaşı, "BakıKart" balansını artırmaq üçün vaxt itkisinin qarşısını alacaq. Hazırda paytaxtın nəqliyyat sistemində rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər digər daşıyıcılar üzrə də davam etdirilir.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!