Milli Söz Media

Beyləqan icra başçısı ilə Ağdam sakini arasında məhkəmə çəkişməsi yekunlaşıb

2 dəq oxuma
2 Baxış
Paylaş:
 Beyləqan icra başçısı ilə Ağdam sakini arasında məhkəmə çəkişməsi yekunlaşıb

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, "TikTok" sosial şəbəkəsində onun fəaliyyətini sərt tənqid edən Ağdam sakinini məhkəməyə verib. İcra başçısı paylaşılan videodakı ifadələrin onun şərəf və ləyaqətini alçaldığını iddia edərək, maddi təzminat və üzr tələbi ilə iddia qaldırmışdı.

 Ağdam Rayon Məhkəməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə Əziz Əzizovun tələbini qismən təmin edib. Qərara əsasən, sakinin videoda işlətdiyi cümlələrlə bağlı təkzib verməsi öhdəliyi qoyulub.

 Məhkəmə qərarı ilə ödənilmiş 100 manat dövlət rüsumu vəsaiti cavabdehdən tutularaq icra başçısına qaytarılacaq.

Məhkəmə sakinin sözlərində təhqir və alçaldılma elementi tapmadığı üçün icra başçısının üzr istənilməsi tələbini isə yerinə yetirməyib və rədd edib.

Mübahisəyə səbəb olan videoda Ağdam sakini icra başçısını yalnız varlıların qayğısına qalmaqda, şəhid ailələrinə diqqət göstərməməkdə və büdcə vəsaitlərini düzgün xərcləməməkdə ittiham etmişdi. Məhkəmə bu fikirlərin təkzib olunmasını zəruri hesab etsə də, onları üzr tələb ediləcək dərəcədə təhqir hesab etməyib.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!