Canlı yayımda qeyri-etik ifadələr işlədən şəxs həbs edilib
1 dəq oxuma
53 Baxış
Polis əməkdaşları "TikTok" sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadələr işlədən şəxsi saxlayıb.
Zəngilan rayon sakini, 1984-cü il təvəllüdlü Habil Həsənov "TikTok" platformasında dostuna məxsus "Məmmədov Səmiyyədin" adlı səhifədə açılmış canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir xarakterli ifadələr səsləndirib.
H.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
O, məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!