Milli Söz Media

Elşad Abdullayev barəsində qiyabi hökm: 15 il həbs cəzası

2 dəq oxuma
1 Baxış
Paylaş:
Elşad Abdullayev barəsində qiyabi hökm: 15 il həbs cəzası

Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda mühacirətdə olan Elşad Abdullayev barəsində məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.

 İstintaq materiallarına görə, Elşad Abdullayev aşağıdakı ağır cinayətlərdə təqsirli bilinib:

ABU-nun nəzdində fəaliyyət göstərən tibb mərkəzində qanunsuz böyrək köçürmə əməliyyatlarının təşkili.

Universitet daxilində qanunsuz tələbə qəbulu və saxta diplomların verilməsi.

 Elşad Abdullayev 2012-ci ildən Azərbaycanı tərk edərək Fransaya sığınıb. O, ölkədən qaçdıqdan sonra yaydığı müxtəlif qalmaqallı videolarla gündəmə gəlmişdi. Azərbaycan hüquq-mühafizə orqanları onun beynəlxalq axtarışa verilməsi və ölkəyə ekstradisiya olunması üçün uzun müddətdir fəaliyyət göstərir.

Məhkəmənin hökmünə əsasən, sabiq rektorun Azərbaycandakı müsadirə olunmuş əmlaklarının dövlət nəfinə keçirilməsi də təmin ediləcək.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!