Məhkəmə Ədalət Verdiyevlə bağlı qərar verdi
1 dəq oxuma
42 Baxış
Şərti olaraq azadlığa buraxılan hərbi ekspert Ədalət Verdiyev bir illik sınaq müddəti ilə tətbiq olunmuş şərti məhkum etmənin əlavə cəzadan tam azad edilməklə ləğv olunması və məhkumluğun vaxtından əvvəl götürülməsi ilə bağlı apellyasiya şikayəti verib.
Ədalət Verdiyevin şərti azadlıq və əlavə cəzadan tam azad olunması barədə verdiyi apellyasiya şikayətinə baxılıb. Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq Nəsimi Rayon Məhkəməsinin hökmünü dəyişdirmədən qüvvədə saxlayıb.
Beləliklə, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı hesab edib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!