Milli Söz Media

Milli Məclisin payız sessiyasının son plenar iclasının tarixi açıqlanıb

1 dəq oxuma
1 Baxış
Paylaş:
Milli Məclisin payız sessiyasının son plenar iclasının tarixi açıqlanıb

Milli Məclisin payız sessiyası üzrə son plenar iclası dekabrın 30-da keçiriləcək.

Bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasının yekununda bildirib.

O qeyd edib ki, növbəti plenar iclasın gündəliyi haqqında əlavə məlumat veriləcək.

Xatırladaq ki, qanunverici orqanın Daxili Nizamnaməsinə əsasən payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Parlament yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə deputatlar məzuniyyətdə sayılır.

Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Yaz sessiyası isə fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!