Nərimanov rayonunda yaşıl soyqırım
Nərimanov rayonunda “yaşıl soyqırım”
Bakının Nərimanov rayonu ərazisində, Tofiq Bəhramov stadionunun cənub hissəsində yerləşən meşəlik zonada çoxillik ağacların kəsilməsi ciddi narahatlıq doğurur.
1960–70-ci illərdə əkilmiş ağacların böyük hissəsinin son aylarda quruduğu və ya kəsildiyi görünür. Vaxtilə ağaclar arasında 2–3 metr məsafə olduğu halda, indi bəzi sahələrdə bu məsafə 40–50 metrə çatır.
Rəsmi açıqlamalarda quruma səbəb göstərilsə də, yarım əsrdən çox yaşı olan ağacların kütləvi şəkildə məhv olması və yeni əkilənlərin də tez sıradan çıxması suallar yaradır.
Ərazinin qeyri-qanuni avtomobil dayanacağı kimi istifadə edilməsi, torpaq örtüyünün və kök sisteminin zədələnməsi əsas səbəblərdən biri kimi göstərilir.
Sakinlər aidiyyəti qurumların təcili müdaxiləsini, məsul şəxslərin müəyyənləşdirilməsini və ərazinin bərpası üçün konkret addımların atılmasını tələb edirlər. Mövzu diqqətdə saxlanılır.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!