Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin yeni binasının təməlini qoyub
Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinə səfəri çərçivəsində Qarabağ Universitetinin Mühəndislik fakültəsi üçün inşa ediləcək yeni binanın təməlqoyma mərasimində iştirak edib.
Yeni bina ən müasir beynəlxalq standartlara uyğun şəkildə layihələndirilib. Burada tələbələrin yüksək səviyyəli hazırlığı üçün geniş auditoriyalar, ən son texnologiya ilə təchiz olunmuş laboratoriyalar, zəngin kitabxana və yaradıcı innovasiya məkanları yaradılacaq.
Hazırda fəaliyyətini uğurla davam etdirən mühəndislik fakültəsində 7 ixtisas üzrə 314 tələbə təhsil alır. Yeni binanın istifadəyə verilməsi fakültənin maddi-texniki bazasını gücləndirməklə yanaşı, gələcəkdə tələbə qəbulunun artırılmasına da imkan verəcək.
Qarabağ Universitetinin inkişafı işğaldan azad edilmiş ərazilərdə təhsil və elmin dirçəldilməsi, həmçinin regionun yüksək ixtisaslı kadrlarla təmin olunması istiqamətində strateji addım hesab olunur.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!