Milli Söz Media

Qaz olmayan məktəbləri qızdırmaq üçün 7.4 milyon manat xərclənəcək

1 dəq oxuma
29 Baxış
Paylaş:
Qaz olmayan məktəbləri qızdırmaq üçün 7.4 milyon manat xərclənəcək

Elm və Təhsil Nazirliyinin (ETN) Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Bərk bioyanacaq - ağac peletinin və odun yanacağının satın alınması üçün tender elan edib.

Məlumata görə, nazirlik bunun müqabilində 7 milyon 439 min 695.27 manat ödəməyi planlaşdırır.

Tender nəticəsində ETN 10 070 ton bərk bioyanacaq - ağac peleti (daşınma daxil olmaqla) və 1 038.5 kubmetr odun yanacağı (daşınma daxil olmaqla) əldə edəcək.


Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!