TƏBİB-in keçmiş sədrinə yeni VƏZİFƏ VERİLDİ
1 dəq oxuma
5 Baxış
Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin İdarə Heyətinin yeni tərkibi formalaşıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sabiq sədri Ramin Bayramlı sözügedən İctimai Birliyin sədri seçilib.
Qeyd edək ki, R.Bayramlı 2019-cu ildə TƏBİB-in sədri vəzifəsinə təyin olunmuşdu. O, 2021-ci ilin sentyabrında isə öz ərizəsi ilə işdən ayrılıb. Ramin.Bayramlı yeni vəzifəsinə kimi Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyində sədr müavini vəzifəsində çalışırdı.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!