Milli Söz Media

Fransanın Intelligence Online nəşri Ukraynada gizli F-16 eskadrilyası iddiası ilə gündəmə gəlib

1 dəq oxuma
12 Baxış
Paylaş:
Fransanın Intelligence Online nəşri Ukraynada gizli F-16 eskadrilyası iddiası ilə gündəmə gəlib

Fransanın Intelligence Online nəşri Ukraynada gizli F-16 eskadrilyası iddiası ilə gündəmə gəlib

 Nəşr iddia edib ki, Ukraynada ukraynalı, amerikalı və niderlandlı veteran pilotlardan ibarət gizli F-16 eskadrilyası yaradılıb və Kiyevin hava məkanını qoruyur.

Xəbər Ukrayna mediasında sürətlə yayılıb, bəzi platformalarda “sensasiya” kimi təqdim olunub.

Eyni zamanda, Ukrayna pilotlarının Qərb təyyarələrində qanadlı raket və PUA-lara qarşı effektiv fəaliyyəti davam edir. Bu səhər vurulan raketlərin əksəriyyətinin onların hesabına olduğu bildirilir.

Qeyd edək ki, Intelligence Online Parisdə yerləşən Indigo Publications qrupuna məxsusdur və kəşfiyyat, təhlükəsizlik və geopolitika sahəsində ixtisaslaşıb.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!